Belarusda 2025-ci ildə siqaretin aksiz dərəcələrinin artırılması planlaşdırılır. Bu, Vergi Məcəlləsinə dəyişiklik layihəsində nəzərdə tutulub.
2025-ci ildə həm birinci, həm də ikinci qiymət qrupundan olan siqaretlərə aksiz vergisi dərəcələrini artırmaq istəyirlər. Belə ki, birincisi üçün yanvarda hazırkı 106,88-dən 119,59 rubla (artım 11,9 faiz), ikincisi üçün isə 155,85-dən 163,64 rubla (artım 5 faiz) qaldırmaq istəyirlər.
Xatırladaq ki, 2024-cü ildə onlar müvafiq olaraq 11,8 və 6 faiz artıb.
Əvvəllər rəsmilər siqaretin aksiz vergisi dərəcələrinin Avrasiya İqtisadi Birliyi üzvü olan digər ölkələrlə, o cümlədən Rusiya ilə tədricən yaxınlaşdığını elan etmişdilər.
Deyilənlərə görə, elektron siqaretlər üçün maye də bahalaşmalıdır.
Onlar elektron sistemlər üçün mayelərin aksiz dərəcələrini 1 ml-i üçün 81 qəpikdən 85 qəpiyə qaldırmaq istəyirlər.
Artım - 4,9 faiz...
Bundan əlavə, onlar həmçinin tərkibində tütün yox, nikotin olan məhsullar üzrə aksiz vergisi dərəcələrini - 1 kiloqrama görə 97,63-dən 102,51 rubla qədər artırmaq niyyətindədirlər. Burada da artım – 5 faiz...
Əli Babayev