Byanka kişilərdə ancaq pulla maraqlanan qızları qınayıb

6 Oktyabr 2024 22:34 (UTC+04:00)

...Byanka səhnə adı ilə çıxış edən Tatyana Lipnitskaya “Göstərəcək” verilişinin efirində kişilərdə ancaq pulla maraqlanan qızları tənqid edib.

SİA-nın əldə etdiyi məlumata görə, Gazeta.ru yazır ki, Byanka sosial şəbəkələrdə qızların pulu az olan oğlanı sevməyin mümkün olmadığını dedikləri çoxsaylı videolara münasibət bildirib.

İfaçı bu davranışları biabırçılıq adlandırıb. O qeyd edib ki, hədiyyənin dəyəri yox, insanın sənə göstərdiyi diqqət və qayğı önəmlidir.

...Qadınlar üçün bu, xüsusən də rus insanının sevgisini belə təhqir etməkdir, çünki bizim çox geniş ruhumuz var. Sevgi heç də pulla bağlı deyil.

Əvvəllər Byanka şişlik və artıq çəki ilə mübarizə apardığını demişdi. İfaçı düzgün qidalandığını, lakin mədəsində problem olduğu üçün hələ də şişdiyini qeyd edib.

Byankanın sözlərinə görə, son illərdə o, 30 kq kökəlmişdi və bu səbəbdən onun yerimək çətinləşib.

Bu il sənətçi arıqlamağı bacarıb.

Nazlı Almuradova