...Ukrayna hərbi əməliyyatları Belarus ərazisinə keçirmək qərarına gəlsə, Minsk nüvə silahından istifadə edə bilər. SİA-nın əldə etdiyi məlumata görə, "Kommersant" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, bildirib ki, Ukrayna Silahlı Qüvvələri Belarus ərazisinə hücum edərsə, Minsk Moskvadan taktiki nüvə silahından istifadə etmək üçün icazə istəyə bilər.
...Rusiya üçün respublikanın rəhbərliyindən imtina etmək çətin olacaq - deyə Medvedev əlavə edib.
Bundan əvvəl Ukrayna Radası hərbi əməliyyatların Belarusa ötürülməsinə çağırıb. Lakin bu çağırışlara nə Kiyevdə, nə də Minskdə ən yüksək səviyyədə münasibət bildirilməyib.
Xatırladaq ki, Moskva ilə Minsk arasındakı razılaşmalara əsasən, Rusiyanın taktiki nüvə silahları Belarusda yerləşdirilib.
Bundan əvvəl bu ölkənin lideri Aleksandr Lukaşenko qeyd etmişdi ki, İttifaq dövlətinin sərhədləri pozulmayana qədər ölkə nüvə silahından istifadə etməyəcək.
Lavrov daha əvvəl Qərbə təhlükə barədə xəbərdarlıq edərək, “nüvə gücü ilə döyüşməyin mənasız olduğunu” qeyd edib.
Əli Babayev