Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni məğlub edib

6 Oktyabr 2024 20:03 (UTC+04:00)

Misli Premyer Liqasında IX turun növbəti oyunu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Zirə”ni qəbul edib. Görüş ev sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu Faiq Hacıyev vurub.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Turan Tovuz” 2-ci, “Zirə” isə 15 xalla 4-cü pillədə qərarlaşıb.

Günün və turun son matçında “Sumqayıt” və “Qarabağ” komandaları üz-üzə gəlir.