“X Bakı Beynəlxalq Kitab Sərgisi çox uğurlu təşkil olunub. Bu, bizim Azərbaycanda ilk iştirakımızdır”.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu X Bakı Beynəlxalq Kitab Sərgisi çərçisində Mərakeşdə qurulan “De Bros” nəşriyyatının prezidenti Tarik Slaiki söyləyib.
“Azərbaycanda olmaq bizim üçün böyük və xüsusi məna daşıyır. Hesab edirəm ki, Mərakeşlə Azərbaycan arasında əlaqələr çox yaxşıdır. Bakı Beynəlxalq Kitab Sərgisi və Ər-Riyad Kitab Sərgisi eyni vaxta təsadüf etdiyi üçün bir çox Mərakeş nəşriyyatları bu il bu sərgiyə qatıla bilməyiblər. Düşünürəm ki, gələn il onlar da bu sərgidə yer alar”,- deyə Tarik Slaiki əlavə edib.