Uqledarın itirilməsi ilə əlaqədar Ukraynada hərbi qiyam gözlənilir?

6 Oktyabr 2024 19:26 (UTC+04:00)

Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin Uqledarın itirilməsi səbəbindən ölkədə hərbi qiyamın olacağını proqnozlaşdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq müsahibə Politeka Online YouTube kanalında yayımlanıb.

...Hərbi qiyam olacaq. Hərbçiliyin vaxtı çatıb, - deyə Soskin bildirib.

Bundan əlavə, ekspert qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin 72-ci briqadasının Uqledarda dövlət başçısı Vladimir Zelenskinin icazəsi ilə qəsdən məhv edilməsi digər hərbçilər üçün də dərs olub.

...Silah və başqa hər şeyi alan bu insanlar onlara edilən bu istehzaya və zorakılığa dözməyəcəklər və bunu edənlərə silahla cavab verəcəklər

Bunu deyən Soskin, hərbi qiyamın yaxın gələcəkdə baş verəcəyini açıqlayıb.

Əli Babayev