Çinin Honq-Konq inzibati bölgəsində B qrupu streptokoklarının törətdiyi təhlükəli infeksiya sürətlə yayılır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rospotrebnadzor bildirib.
...Artıq 90-dan çox insanın yoluxduğu, 4 nəfərin öldüyü qeyd olunur.
Rusiya Federasiyasının həkimləri vəziyyəti izləyir, sistemli monitorinqə və dünyada sanitar-epidemioloji vəziyyətin operativ qiymətləndirilməsinə xüsusi diqqət yetirirlər.
...Honq-Konqda streptokok infeksiyasının yayılması ilə əlaqədar epidemioloji vəziyyətin ağırlaşması ilə bağlı məlumatlar şöbənin nəzarətindədir.
Bunu rusiyalı ekspertlər bildiriblər.
Rospotrebnadzor aydınlaşdırıb ki, dövlət sərhədinin buraxılış məntəqələrində epidemiya risklərini təhlil etməyə, həmçinin yoluxucu xəstəlik əlamətləri olan vətəndaşları müəyyən etməyə imkan verən sistem mövcuddur
Bundan əvvəl Rospotrebnadzor rəhbəri Rusiyada Marburq qızdırmasının yayılması risklərini qiymətləndirib.
Nazlı Almuradeova