Peşə tanınması üzrə imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib

6 Oktyabr 2024 14:47 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə keçirilən imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib. DİM-dən SİA-ya bildirilib ki, imtahan vermək üçün qeydiyyatdan keçmiş 305 nəfərdən 33-ü imtahana gəlməyib.

İmtahanda 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilib.