Qaldı bircə saqqal darağı..?

6 Oktyabr 2024 14:34 (UTC+04:00)

Deməli, bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov “Rusiyanın fəxri inşaatçısı” döş nişanı ilə təltif edilib.

SİA-nın əldə etdiyi məlumata görə, “Astra” yazır ki, o, bunu “zəhmətkeşlik və peşəyə sədaqət” üçün alıb.

Qeyd olunur ki, döş nişanı Qroznıda yaşayış kompleksinin açılışı çərçivəsində Çeçenistan rəhbərinə təqdim edilib.

Və Kadırovu Rusiya Federasiyasının tikinti və mənzil-kommunal təsərrüfatı naziri İrek Fayzullin yoldaş şəxsən özü mükafatlandırıb.

…Peşəkarlığa, zəhmətə və peşəyə sədaqətinə görə Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırov “Rusiyanın fəxri inşaatçısı” ordeni ilə təltif edilir, - deyə aparıcı Kadırova mükafatı təqdim edərkən bildirib.

P.S: Görəsən, dolamırlar ki..?

Əli Babayev