"Şəki" basketbol klubu növbəti transferini rəsmiləşdirib

6 Oktyabr 2024 14:29 (UTC+04:00)

"Şəki" basketbol klubu növbəti transferini rəsmiləşdirib. SİA xəbər verir ki, əyalət təmsilçisu 25 yaşlı ABŞ-li oyun qurucusu Roti Veyrlə anlaşıb.

Ötən mövsümü Kiprin PAEEK klubunda keçirmiş basketbolçu "Şəki"də 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bedri Meriçin rəhbərlik etdiyi kollektiv daha əvvəl legionerlərdən Kris Barton, Karl Conz, Aleks Koldvell və Coş Robinsonu transfer edib.