Zaqatalada mağazada YANĞIN

6 Oktyabr 2024 13:22 (UTC+04:00)

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 75 m² sahədə, içərisində ərzaq malları 65 m² sahədə və 3 ədəd soyuducu yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.