Azərbaycan gimnastları Böyük Britaniyada keçirilən yarışda finala vəsiqə qazanıblar

6 Oktyabr 2024 10:54 (UTC+04:00)

Azərbaycan gimnastları Bilal Qurbanov və Mixail Malkin Böyük Britaniyanın Telford şəhərində keçirilən beynəlxalq yarışda finala vəsiqə qazanıblar. Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, onlar tamblinq üzrə yarışda uğurlu nəticəyə imza atıblar.

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.