Beyrut aeroportu fəaliyyətini bərpa edib

6 Oktyabr 2024 09:58 (UTC+04:00)

İsrailin ətraf ərazilərə endirdiyi hava zərbələri nəticəsində Beyrut Beynəlxalq Hava Limanının infrastrukturunun bir hissəsinin elektrik enerjisiylə təchizatı dayanıb. SİA xəbər verir ki, artıq elektrik enerjisi təchizatı bərpa olunub və aeroport fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bu, Beyrutda yeganə hava limanıdır.