Gəncədə üç minik avtomobili toqquşub

6 Oktyabr 2024 08:43 (UTC+04:00)

Gəncə şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, “Hyundai”, “VAZ-2107” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, hər 3 nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.