Əfqanıstanda 7 nəfər ölüb

6 Oktyabr 2024 08:21 (UTC+04:00)

Əfqanıstanın şərqində dağlıq Nuristan əyalətində ağır yol qəzasında azı 7 nəfər həlak olub. SİA-nın məlumatına görə, bu barədə “Sinxua” agentliyinə əyalət polisinin nümayəndəsi Qulam Rəhman Haydari bildirib.

Onun sözlərinə görə, hadisə Doab ərazisində baş verib. Belə ki, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, daha sonra avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində qadın və uşaqlar da daxil olmaqla 7 nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.