Rusiyalı məşhur hava gimnastı Valeriya Zapaşnaya Kemerovo Dövlət Sirkində çıxış edərkən qollarını sındırıb. SİA xəbər verir ki, bu barədə təfərrüatları Rusiyanın Xalq artisti Edqard Zapaşnı öz "Telegram" kanalında bildirib . O, idmançının çətin fənd etdiyini, nəticədə altı metr hündürlükdən yıxıldığını bildirib. O qeyd odib ki, Zapaşnaya Kemerovodakı xəstəxanalardan birinə yerləşdirilib. "İdmançı tezliklə sağalacaq və səhnəyə qayıda biləcək", - Zapaşnı bildirib