Livandan İsrailə 30-a yaxın raket atıldı

6 Oktyabr 2024 05:24 (UTC+04:00)

Gecə yarısından qısa müddət sonra İsrail hərbçiləri sərhədyanı Kiryat Şmona şəhərinə doğru atışma qeydə alıb. SİA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Ümumilikdə Livandan ölkənin şimalındakı bu şəhərə 30-a yaxın raket atılıb. Ordudan bildirilib ki, mərmilərin bir qismi zərərsizləşdirilib, digərləri isə açıq ərazilərə düşüb