Bir gündə Livandan Suriya sərhədini 5,6 mindən çox insan keçib. SİA xəbər verir ki, bunu Rusiyanın Suriyada müharibə aparan tərəflərin barışıq Mərkəzinin rəsmisi Oleq İqnasyuk deyib. Onun sözlərinə görə, İsrailin Livan ərazisinə endirdiyi zərbələr nəticəsində Suriyanın cənub əyalətlərində humanitar vəziyyət pisləşib. Belə ki, son 24 saat ərzində beş keçid məntəqəsi vasitəsilə Livandan Suriya sərhədini 5615 nəfər keçib.