…Kahramanmaraşda uşaq xəstəxanasının doğum evində əlində ov tüfəngi olan qadın bir neçə nəfəri girov götürərək digər xəstələri təhdid etməyə başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisənin təfərrüatlarını Türkiyənin İHA agentliyi təqdim edir. Məlumata görə, 45 yaşlı qadın doğum evinə girərək ətrafdakıları hədələməyə başlayıb.
Polis dərhal hadisə yerinə gəlib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadını təslim olmağa razı salıb və saxlayıblar.
Daha sonra o, etiraf edib ki, cinayəti onu öldürmələri üçün edib.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Əli Babayev