Avropa Kuboku: "Azəryol" Ukrayna klubuna məğlub olub

5 Oktyabr 2024 20:24 (UTC+04:00)

Qadın həndbolçulardan ibarət “Azəryol" komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, təmsilçimiz Ukraynanın "Qaliçanka" klubu ilə qarşılaşıb. Bakıda “AHF Arena” İdman Kompleksində keçirilən matç rəqibin 36:22 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab matçı 1 gün sonra eyni məkanda baş tutacaq.