Misli Premyer Liqası: “Səbail” komandası “Şamaxı”ya qalib gəlib

5 Oktyabr 2024 19:26 (UTC+04:00)

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Səbail” komandası “ASCO Arena”da “Şamaxı”nı qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Qorka Laruçça və Madi Queta vurublar.

Günün son oyununda “Sabah” öz meydanında “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Saat 19:30-da start götürəcək matçın baş hakimi Cavid Cəlilov olacaq.

Səkkiz turdan sonra muxtar respublika təmsilçisi 16 xalla ikinci, paytaxt klubu isə 14 xalla beşincidir.

Qeyd edək ki, turun açılış matçında “Kəpəz” Tovuzda “Neftçi”yə 4:3 hesabı ilə qalib gəlib. Tura oktyabrın 6-da keçiriləcək 2 oyunla yekun vurulacaq.