Ucarda baş verən yol qəzasında piyada ölüb

5 Oktyabr 2024 19:00 (UTC+04:00)

Ucarda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Ucarın Təzə Şilyan kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, Ucar-Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İsmayılovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.