Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!

5 Oktyabr 2024 18:54 (UTC+04:00)

...Suriya Futbol Assosiasiyası və Rusiya Futbol İttifaqı bu ilin noyabrında yoldaşlıq oyununa ev sahibliyi etmək üçün danışıqlar aparır.

SİA-nın əldə etdiyi məlumata görə, komandanın rəhbəri Muafak Fəthallah TASS-a suriyalıların ruslarla oynamaq istəyindən danışıb.

...Biz sazişin hər iki tərəf tərəfindən imzalanacağını gözləyirik.

Fəthullah deyib bunu. O, görüşün harada keçiriləcəyini açıqlamayıb.

Bundan əvvəl Pakistan milli futbol komandası oktyabrda Rusiya millisi ilə yoldaşlıq oyunu keçirməkdən imtina etmişdi.

Komanda buna hazırlaşmaq üçün vaxt azlığını səbəb kimi göstərmişdi. Amma sonradan noyabrda ruslarla oynamağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sanksiyaları səbəbindən Rusiya futbol komandası bir neçə böyük beynəlxalq turniri buraxıb. Onların arasında 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı və 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatı var.

Əli Babayev