Makron İsrailə silah tədarükünü dayandırmağa çağırıb

5 Oktyabr 2024 18:25 (UTC+04:00)

...Qəzzadakı döyüşlər üçün İsrailə silah tədarükünün dayandırılması münaqişənin siyasi həlli istiqamətində prioritetdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri Fransa prezidenti Emmanuel Makron France Inter radiosunun efirində səsləndirib.

…Hesab edirəm ki, indi prioritet siyasi həllə qayıtmaqdır, Qəzzada döyüşmək üçün istifadə olunan silahların tədarükünü dayandırmaq lazımdır.

Maraqlıdır ki, bunu deyən Makron bu münaqişənin həllində müsbət irəliləyişlərin olmadığını etiraf edib və İsrailin Fransanın mövqeyini “eşitməməsindən” şikayətlənib.

Əli Babayev