NATO Rusiyaya qarşı daha 49 hərbi briqada cəlb edəcək

5 Oktyabr 2024 18:06 (UTC+04:00)

...NATO daha 49 döyüşə hazır briqada yaratmağa və onların ümumi sayını 131-ə çatdırmağa hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, Almaniyanın Welt televiziya kanalı Alyansın imkanlarına dair minimum tələbləri əks etdirən sənədə istinadən xəbər verir.

Güman ki, hər yeni briqadada təxminən beş min nəfər olacaq. Bu qoşunları dəstəkləmək üçün döyüş korpuslarının sayı da 6-dan 15-ə çatdırılacaq.

Öz növbəsində diviziya qərargahlarının sayı 24-dən 38-ə çatdırılacaq.

Nəşr bildirir ki, 2021-ci ildə 82 döyüşə hazır briqadanın olması kifayət hesab edilsə də, gələcəkdə onların sayı 131-ə çatdırılmalıdır.

NATO həmçinin hava hücumundan müdafiə bölmələrinin sayını 5 dəfə artırmağı planlaşdırır: 293-dən 1467-yə qədər. Bundan əvvəl NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, Alyansın yüksək hazırlıq vəziyyətində olan silahlı qüvvələrinin sayı yarım milyon nəfərə çatıb. Onun sözlərinə görə, təşkilat son 10 ildə böyük transformasiyaya məruz qalıb.

Əli Babayev