Fransa Madaqaskarın tələb etdiyi insan sümklərini qaytaracaqmı?

5 Oktyabr 2024 17:54 (UTC+04:00)

Fransa Madaqaskarın tələb etdiyi insan sümüklərini qaytarması üçün elmi komitə işə başlayıb. Madaqaskar Sakalava etnik qrupunun iki başçısının, xüsusilə də 1897-ci ildə adanın müstəmləkə altına salınması zamanı fransız qoşunları tərəfindən başı kəsilmiş Kral Toeranın kəllə sümüyünün qaytarılmasını tələb edir.

SİA xəbər verir ki, 20 ildən artıq müddətdə mübahisəli məsələ kimi qalan bu sümüklər hazırda Milli Təbiət Tarixi Muzeyində saxlanılır. Elmi komitənin işinin nə qədər davam edəcəyi məlum deyil. Fransa bu işin nəticəsində sümüklərin Madaqaskara qaytarıb-qaytarmayacağına dair rəy verəcək.

Qeyd edək ki, bu, 2023-cü ilin sonunda insan qalıqlarının bərpasına dair çərçivə qanununun qəbulundan bəri ilk yeni prosedurdur.