“Qarabağ” Avropa kubokuna qələbə ilə start verib - FOTOLAR

5 Oktyabr 2024 16:45 (UTC+04:00)

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunun II mərhələsinin ilk oyununda qələbə qazanıb. SİA xəbər verir ki, Lüksemburqun “Differdanj” klubu ilə üz-üzə gələn təmsilçimiz 27:24 hesabı ilə qalib gəlib.

Sabah bu komandalar arasında Bakıda cavab oyunu baş tutacaq.