Azərbaycan Respublikası Prezidentinin Fərmanı

5 Oktyabr 2024 16:14 (UTC+04:00)

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb. SİA xəbər verir ki, fərmanda bunlar qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1685 (Cild I); 2024, № 4, maddə 373, № 5 (I kitab), maddə 526; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 iyul tarixli 118 nömrəli Fərmanı) 1-ci hissəsindəki cədvəlin 1.11.3.2.1-ci abzasında hər iki halda “249,100,000.0” rəqəmləri “70,000,000.0” rəqəmləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 oktyabr 2024-cü il