“Gəncə” heyətinə yeni basketbolçu qatıb

5 Oktyabr 2024 15:17 (UTC+04:00)

“Gəncə” daha bir basketbolçunu heyətinə qatıb. SİA xəbər verir ki, qərb təmsilçisi ABŞ-dan olan Corc Deven Petersonla anlaşıb. Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

188 santimetr boyunda olan Peterson ölkəmizə Vyetnam çempionatından gəlib. 28 yaşlı basketbolçu Asiya ölkəsində "Hanoy Baffalos" klubunun şərəfini qoruyub.