Bavariyada hoteldəki yanğın nəticəsində 11 nəfər xəsarət alıb

5 Oktyabr 2024 14:41 (UTC+04:00)

Almaniyanın Bavariya federal əyalətində yerləşən Bamberq şəhərindəki hoteldə baş vermiş yanğın nəticəsində azı 11 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. SİA xəbər verir ki, “Bild” nəşri bu barədə şəhər polisinə istinadla məlumat yayıb. Xəsarət alanların üçü xəstəxanaya yerləşdirilib.

Yanğının cümə günü axşam saatlarında birinci mərtəbədəki mətbəxdə başladığı bildirilir. Hazırda 70-ə yaxın müştərinin yerləşdiyi hoteldə otaqların yaşayış üçün yararlılığı yoxlanılır. Hotel növbəti xəbərdarlığa qədər boşaldılıb.