Tanınmış avarçəkən Azərbaycana səfər edib - FOTOLAR

5 Oktyabr 2024 14:25 (UTC+04:00)

Avarçəkmə üzrə “Pekin-2008” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat Avropa çempionu və dünya ikincisi Dimitrios Mouyios Azərbaycana səfər edib. SİA xəbər verir ki, Milli Olimpiya Komitəsinin dəvəti ilə Bakıya gələn yunanıstanlı idmançı səfəri çərçivəsində AKAF-da olub.

Veteran avarçəkən federasiyanın son illərdə gördüyü işlər, keçirilən beynəlxalq yarışlar və qazanılan nəticələrlə tanış olub.