Bosniya və Herseqovinada daşqın nəticəsində ölənlərin sayı 16-ya çatıb

5 Oktyabr 2024 14:23 (UTC+04:00)

Bosniya və Herseqovinada sel, daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 16 nəfərə yüksəlib. SİA xəbər verir ki, ölkə rəsmiləri təbii bu ölkədə iki inzibati vahiddən biri olan Bosniya və Herseqovina Federasiyasının Donya Yablanitsa bölgəsində 12, Foynitsada 3, Konyiçdə isə bir nəfərin həyatına son qoyduğunu açıqlayıb. Xilasetmə qrupları Yablanitsa ərazisində itkin düşən 10 nəfərin axtarışlarını davam etdirir.

Qeyri-rəsmi məlumatlara görə isə təbii fəlakət nəticəsində həlak olanların sayı 19, itkin düşənlərin sayı 40 nəfərdən çoxdur.

Daşqın və torpaq sürüşməsindən sonra Bosniya və Herseqovina Federasiyasında fövqəladə vəziyyət elan olunub.