Xalq arasında “cənnət meyvəsi” adlandırılan nar özünəməxsus dadı və sağlamlığa faydaları ilə sevilən meyvədir. Dənələri mirvariyə bənzəyən nar qida dəyəri baxımından da çox zəngindir. Turş-şirin dadı və yuvarlaq xarici səthi ilə diqqət çəkən nar qışda mətbəxin vazkeçilməz meyvələri arasındadır. Bir kasa narın tərkibində 93 kalori, 2,30 qram protein, 20,88 qram karbohidrat və 0,14 qram yağ var. Hər gün bir kasa nar istehlak etmək orqanizm üçün çoxlu faydalar təmin edir. SİA Türkiyə mediasına istinadla mövzu ilə bağlı kiçik araşdırmanı təqdim edir.
Nar qan təzyiqini normada saxlayır. Əgər dəyişən qan təzyiqi və hipertoniya ilə qarşılaşırıqsa, nar istehlak edə bilərik. Yüksək təzyiqli insanlar üzərində aparılan tədqiqatlar göstərir ki, nar şirəsi sistolik qan təzyiqini aşağı salmağa kömək edə bilər.
İnfeksiyaya qarşı mübarizəyə kömək edir. Nar antibakterial xüsusiyyətləri ilə bədəndəki infeksiya ilə mübarizə aparmağa kömək edir. Hər gün bir kasa nar yemək orqanizmin xəstəliklərə qarşı müdafiəsini yaxşılaşdıraraq insanı formada və güclü saxlayır.
Nar yaddaşa müsbət təsir göstərir. Dörd həftə ərzində müntəzəm olaraq nar şirəsi istehlakının həm vizual, həm də şifahi yaddaşı yaxşılaşdırdığı sübut edilib. O, həmçinin ürək əməliyyatı və Alzheimer xəstəliyindən sonra yaddaş pozğunluğunun müalicəsində də effektiv rol oynayır.
Əzələlərin inkişafı üçün idealdır. İdmandan əvvəl bir kasa nar yemək çox yaxşı olar. Çünki tərkibindəki nitrat səbəbindən nar idmandan 30 dəqiqə əvvəl istehlak edildikdə əzələlərə qan axını yaxşılaşdıraraq atletik performansı artırır. C vitamini və antioksidantlarla zəngin olan nar şirəsi qan lipidlərini oksidləşmədən qoruyur və arterial lövhə əmələ gəlməsinin qarşısını ala bilir. Nar toxumu yağının yüksək xolesterolu olan insanlarda lipid parametrlərini yaxşılaşdırdığı aşkarlanıb.
Nar xərçəngin qarşısını alır. Narın tərkibindəki polifenollar kimi komponentlər xüsusilə prostat və ağciyər xərçənginə qarşı antioksidant, iltihab əleyhinə və antikanserogen təsir göstərir və döş xərçənginə qarşı antikimyaterapiya xüsusiyyətlərinə malikdir. Hər gün bir kasa nar yemək iltihabı azaldan və zədələnmiş qığırdaqları bərpa edən, osteoartrit kimi şərtlərdən faydalanan “bioavailable” (bir maddənin orqanizm tərəfindən asanlıqla mənimsənə bilən hissəsi) birləşmələri təmin edə bilər. Narın pəhrizə daxil edilməsi, istər təzə, istər şirə kimi, istərsə də müxtəlif reseptlərə və salatlara səpilərək istehlak edildikdə, çoxsaylı sağlamlıq faydaları təmin edir.