…ABŞ İsrailə hücumla bağlı İrana qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Amerika prezidenti Cozef Bayden bildirib.
O, məhdudiyyətlərin ölkənin neft sənayesinə təsir edə biləcəyinə aydınlıq gətirib.
Xatırladaq ki, oktyabrın 1-i axşam İran İsrailə 500-ə yaxın ballistik raket atıb.
Hücum “Hizbullah” və HƏMAS liderlərinin, həmçinin Livandakı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinin komandirinin ləğv edilməsinə cavab olub. Bundan sonra İsrail BMT-ni İrana qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb. İsrail tərəfi həmçinin xəbərdarlıq edib ki, Tehrandan bir zərbənin nəticələri "təsəvvür etdiyindən də pis olacaq".
Əli Babayev