...Uqledar yaxınlığındakı döyüşlər ili ərzində Rusiya dəniz piyadalarının elit bölmələri Çeçenistanda on illik müharibədə verdikləri itkilərdən dörd dəfə çox itki verdilər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu BBC Rus xidmətinin hesablamaları da təsdiq edib.
Qeyd edilir ki, Uqledar strateji əhəmiyyətli nöqtədir və ən gərgin döyüşlər 2022-ci ilin payızında, eləcə də 2023-cü ilin qışında onun ətrafında baş verib.
…Piyada döyüş maşınları və tanklar da daxil olmaqla, zirehli texnikanın dəstəyi ilə şəhərə hücumda Rusiya Silahlı Qüvvələrinin elitar 155-ci və 40-cı dəniz piyada briqadaları (Qara berelilər – A.B.) iştirak edib.
Onlara səfərbər edilmiş və könüllü əsgərlərdən ibarət motoatıcı bölmələr kömək edib.
BBC-nin məlumatına görə, Uqledar uğrunda gedən döyüşlər zamanı 155-ci briqadanın ən azı 211 dəniz piyadası həlak olub, daha 42 nəfər isə itkin düşənlər siyahısındadır.
Nəşr qeyd edir ki, bu, Çeçenistanda onillik müharibədə bu bölmənin itkilərini xeyli üstələyir.
…Döyüşlərdə Petropavlovsk-Kamçatskidən olan 40-cı briqadanın işğalçıları da iştirak edirdi.
BBC jurnalistləri bu bölmədən 72 rusiyalının ölümünün təsdiqini əldə edə biliblər.
Nəşr əlavə edib ki, itkilərin ciddiliyi hər iki briqadaya Rusiya koloniyalarının məhbuslarından yaradılmış “Storm-Z” bölmələrinin əlavə olunmağa başlaması ilə təsdiqlənir.
Əli Babayev