Dövlət Duması siqaret çəkən sürücülərin cərimələnməsini dəstəklədi

4 Oktyabr 2024 22:24 (UTC+04:00)

...Dövlət Duması sürücülərin siqaret çəkməsinə görə cərimələri dəstəkləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, deputatlar Rusiya Nəqliyyat Nazirliyinin avtomobil idarə edərkən elektron siqaretlərin smartfonlara bərabərləşdirilməsi təklifini dəstəkləyirlər.

“Ədalətli Rusiya” təşkilatının rəhbərinin müavini Dmitri Qusev bildirib ki, siqaret çəkən sürücülər 1500 rubl cərimələnməlidir.

“Yol hərəkəti qaydalarına görə, avtomobil idarə etmək tam diqqət tələb edir, hər iki əl sükanda olmalıdır. Biz hamımız bilirik ki, hətta kiçik diqqəti yayındırmaq da dəhşətli nəticələrə səbəb ola bilər. Siqaret çəkmək sürücünün diqqətini yayındırır və bu da qəza riskini artırır. Bu, təkcə şəxsi rahatlıq məsələsi deyil, bütün hərəkət iştirakçılarının təhlükəsizliyi məsələsidir. Sərnişinlər, piyadalar və digər sürücülər üçün... Avtomobil sürərkən bütün siqaret çəkmək qadağan edilməlidir. Nə fərqi var, elektron və ya qeyri-elektron.

Bunu Qusev bildirib.

Əli Babayev