Bakıda fərdi yaşayış evində yanğın baş verib

4 Oktyabr 2024 21:05 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.