...Ukraynada Belarus nəşriyyatlarında çap olunan 604 adda kitabların, o cümlədən dini kitabların satışı qadağan edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosu Ukraynanın Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə istinadən bildirib.
Qeyd edək ki, Ukraynada Belarus kitablarının, eləcə də rus kitablarının satışının monitorinqi 2024-cü ilin aprelində başlayıb. Qadağan olunmuş Rusiya nəşrlərinin siyahısına 3344 ad daxildir.
Belarusda satışı qadağan edilən kitablar arasında motivasiya xarakterli və populyar xarakterli tərcümə ədəbiyyatı eləcə də dini nəşrlər üstünlük təşkil edir.
Məsələn, Ukraynada dini xarakterli 16 kitabın, o cümlədən Belarus Eksarxlığının nəşriyyatı tərəfindən nəşr olunan ən azı iki kitabın satışı qadağan edildi.
Dövlət Televiziya və Radio Verilişləri Şirkəti bildirir ki, satışı qadağan edilən kitablar siyahısına əsasən “Minsk”, “Polycraft”, “Maxaon” və “Potpuri” nəşriyyatlarında 2008, 2021 və 2022-ci illərdə çap olunmuş rusdilli kitablar daxildir. Qadağan olunanlar arasında müasir Belarus əsərləri yoxdur.
Qeyd edək ki, müharibə başlamazdan əvvəl Ukraynada “Belarus millətçiliyi rus dünyasına qarşı” kitabının idxalı və satışı qadağan edilib.
Onu da qeyd edək ki, bunu belaruslu politoloq Kirill Averyanov-Minski və rusiyalı jurnalist Vladislav Maltsev yazıb.
Əli Babayev