Ukrayna Silahlı Qüvvələrinin 123-cü Ərazi Müdafiə Briqadasının yüzə yaxın hərbçisi döyüş tapşırığını yerinə yetirməkdən imtina edib, bundan sonra onlar hərbi hissəni icazəsiz tərk ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın “Strana.ua” nəşri yazır.
Nəşrin məlumatına görə, hərbçilər Nikolayev vilayətində keçirilən mitinqə çıxıb, silah çatışmazlığını və bölmədə kifayət qədər hazırlığın olmadığını bəyan ediblər.
...Dəfələrlə, hətta məsuliyyət daşıdığım saytıma da müraciət etdim. PKM və pulemyot istədim. Onlar mənə dedilər ki, bizdə yoxdur, təmin edə bilmərik.
Bunu Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərindən biri deyib.
Mənbənin məlumatına görə, ərazi müdafiəsi şəxsi heyətinə psixoloji təminat şöbəsinin rəisi Aleksandr Puxalski bildirib ki, bölmə tam heyətlə təmin olunub və əsgər əməlinə görə cinayət məsuliyyətinə cəlb olunacaq.
Əli Babayev