Donuz, yoxsa mal əti..?

4 Oktyabr 2024 22:43 (UTC+04:00)

...Mütəxəssislər müxtəlif növ ətin - donuz və mal ətinin tərkibini müqayisə edərək heyrətamiz bir nəticəyə gəliblər. SİA-nın əldə etdiyi məlumata görə, “Livekuban.ru” dietoloqlara istinadən yazır ki, donuz ətinin daha sağlam olduğu ortaya çıxdı.

Deməli, rusların iddiasına görə, hər iki ət növündə zülal və yağların tərkibi demək olar ki, eynidir, lakin zülal və yağların kimyəvi tərkibinə görə donuz əti daha asan həzm olunur və digər ət növləri ilə müqayisədə qaraciyərə daha az yük verir. Bunu da diyetoloq Qalina Kazantseva qeyd edir.

Bundan əlavə, donuz ətində daha çox B3 vitamini var, buna görə də bu məhsul sinir sisteminin fəaliyyətini yaxşılaşdırır. Donuz əti dəri sağlamlığını, tiroid hormonlarının istehsalını və hüceyrələrin yenilənməsini təşviq edən mikroelement olan seleniumla da zəngindir.

Nazlı Almuradova