ADPU-da görüş – 40 il sonra yenidən doğma universitetdə

4 Oktyabr 2024 19:38 (UTC+04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin 1984-cü il məzunları ilə görüş keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ADPU-dan bildirilib ki, görüşdə Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova universitetdə təhsilin məzmununda, eləcə də infrastruktur və maddi-texniki bazada həyata keçirilən yeniliklər barədə məlumat verib.

Görüşdə ADPU-nun məzunu, 279 nömrəli məktəbin direktoru Südabə Abdullayeva tələbəlik illərinin xoş xatirələrindən danışıb. Həmçinin S.Abdullayeva rəhbərlik etdiyi müəssisənin Pedaqoji Universitetlə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Sonda məzunlar universitetlə tanış olublar.