Zukerberq dünyanın ikinci ən zəngin adamı oldu

4 Oktyabr 2024 19:34 (UTC+04:00)

…Meta Platforms-un həmtəsisçisi Mark Zukerberq dünyanın ikinci ən zəngin adamı olub.

SİA-nın əldə etdiyi məlumata görə, Bloomberg Billionaires Index-in müvafiq reytinqi bir gün əvvəl yenilənib. Milyarderlər siyahısında Facebook-un təsisçisi (Rusiyadakı “Meta” şirkətinə məxsus olan ekstremist təşkilat kimi tanınır, onun ölkədə fəaliyyəti qadağandır – A.B.) “Amazon”un rəhbəri Ceff Bezosu “döyüb”.

Zukerberqin sərvəti 206,2 milyard dollar qiymətləndirilir ki, bu da ən populyar onlayn mağazanın yaradıcısından 1 milyard dollar çoxdur.

…Birinci yerə yenə İlon Mask düşüb. SpaceX və Tesla şirkətlərinin sahibi 256 milyard dollar qazanıb.

Analitiklərin fikrincə, Zukerberq sərvətini 78 milyard dollar artırıb.

Nazlı Almuradova