…Rusiyanın ən uzun boylu qızı 13 yaşlı Diana Dalke daha səkkiz santimetr böyüyüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə KP Ural xəbər verir.
Deməli, 2022-ci ilin dekabrında 11 yaşında bir qız Rusiyanın Rekordlar Kitabına daxil edildi. Belə ki, həmən vaxt onun boyu 189,7 santimetr idi.
…Diana təxminən 198 santimetrə qədər böyüyüb. Bu mənim qürurumdur! Artıq yeni rekord üçün müraciət etmək fikrim var.
Bunu rekordçunun anası Svetlana Dalke deyib.
Onun sözlərinə görə, qızının böyüməsində heç bir çətinlik yoxdur. Əksinə, bu, ona voleybolda üstünlük və hücumda oynamaq bacarığı verir.
Qeyd edək ki, qız voleybol məşqi üçün Verxnyaya Pışmadan Yekaterinburqa köçüb.
Nazlı Almuradova