Türkiyə Silahlı Qüvvələri 4 terrorçunu zərərsizləşdirib

4 Oktyabr 2024 18:08 (UTC+04:00)

Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 4 üzvü zərərsizləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirilib.

Paylaşımda bu ifadələrə yer verilib: "Ölkəmizin cənubunda terror dəhlizinin yaradılmasına icazə vermədik və verməyəcəyik! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı ''Fərat qalxanı'' bölgəsində aşkar etdikləri 4 PKK/YPG terrorçusunu zərərsizləşdirdi. Bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi davam etdirəcəyik''.