...Ukraynada, cəbhədə ağır döyüşlər üç ildir ki, məhz ona görə davam edir ki, rus qoşunları böyük itkilərə baxmayaraq, daim irəliləməyə çalışırlar. Əgər öz əsgərlərinin həyatı Rusiya üçün vacib olsaydı, Rusiya ordusu hücum resursunu çoxdan itirərdi.
SİA “OBOZ.UA”-ya istinadən yazır ki, bu fikri Razumkov Mərkəzinin hərbi proqramlar üzrə direktoru, hərbi ekspert Nikolay Sunqurovski deyib.
O qeyd edib ki, Rusiya Federasiyası üçün hərbçinin həyatı sıfıra bərabərdir. Təcavüzkar ölkə həlak olan və yaralananların sayının artıq bir milyona yaxın olmasına baxmayaraq, mübarizəni davam etdirir.
Sunqurovski qeyd edib ki, işğalçı ölkə Rusiya daxilində yavaş-yavaş və qeyri-müəyyən olsa da, hər halda həm cəmiyyətdə, həm də hərbçilər arasında etiraz potensialı artır. Mülki əhali rus işğalçılarının etdiklərinə küsməyə başlayır, silahla Rusiya şəhərlərinə qayıdır.
…Amma nə vaxt partlayacaq? Bura Rusiyadır. Rusiyanı ağlınla başa düşə bilməzsən. Onları başa düşmək mümkün deyil, çünki adekvat insan başqa şeydir, zombi başqadır. İnsanı uşaq bağçasından başlayaraq onilliklər boyu təbliğat materialları ilə dolduranda...belə də olmalıdır.
Hərbi ekspert belə hesab edir.
…Və o, işğalçıların hücum potensialını nə vaxt itirəcəyini proqnozlaşdırmağın çətin olduğunu deyir.
Onun sözlərinə görə, Kursk vilayətində keçirilən əməliyyat məhz işğalçıların hücumlar həyata keçirmək imkanlarını azaltmaq, həmçinin rusları cəmiyyətdə iğtişaşlara doğru sövq etmək üçün nəzərdə tutulub.
…Ukrayna Silahlı Qüvvələrinin elə Kursk əməliyyatının hesablanması ondan ibarət idi ki, onun partlaması üçün tətik lazımdır. Hələlik bu baş verməyib, çünki Kremlin regionlarda hakimiyyətini saxlamaq üçün hələ də kifayət qədər resursları var. Əslində bu rıçaqlar maliyyə rıçaqlarıdır və onlar mövcud olmadıqda bu zaman tətik potensialının nəinki artacağına, həm də rejimi təhdid edəcəyinə arxalana bilərik.
Bunu bildirən Sunqurovskinin fikrincə, Putinin əhalinin kimin öldürülməsinə biganə qalacağı zaman bu potensialın “dəhşətli Rusiya qarışıqlığına” çevriləcəyindən ehtiyat edir.
Əli Babayev