Türkiyədə Fələstinə dəstək yürüşü keçiriləcək

4 Oktyabr 2024 17:55 (UTC+04:00)

Oktyabrın 6-da Türkiyədə Fələstinə dəstək yürüşü keçiriləcək. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Anadolu Qeyri-Hökumət Təşkilatları Platforması yanında qurulan Fələstin həmrəylik platformalarının təşkilatçılığı ilə 60-dan çox şəhərdə keçiriləcək yürüşlərdə İsrailin 2023-cü il oktyabrın 7-dən bəri davam edən hücumları səbəbəbindən Fələstində yaşanan faciəyə diqqət çəkiləcək.

Türk və Fələstin bayraqlarının qaldırılacağı və Qəzzanı dəstəkləyən plakatların daşınacağı yürüşə çox sayda adam dəstək verəcək.