Futbolçu özünə cazibədar sevgili tapdı - FOTO

4 Oktyabr 2024 16:57 (UTC+04:00)

"Real"ın Çempionlar Liqası və La Liqadakı son oyunlarda uğursuzluqlar yaşamasına baxmayaraq, Madrid klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqa üçün işlər yaxşı gedir. SİA xəbər verir ki, zədədən sonra meydana qayıdan futbolçu özünə yeni sevgili də tapıb. İspan mediası fransız yarımmüdafiəçinin influenser Emi Seqato ilə münasibətdə olduğu iddia edilir. O, artıq bir neçə dəfə "Santyaqo Bernabeu"da görünüb.

İspan gözəlin "İnstaqram"da 43.000-dən çox abunəçisi var. Bu günlərdə isə onun səhifəsi populyarlaşmağa başlayıb.