Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə səyyar formada təminatı işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu dəfə paytaxtın Lökbatan və Sulutəpə qəsəbələri və Sumqayıt şəhərində yaşayan bir qrup əlilliyi olan şəxsi ehtiyac duyduqları reabilitasiya vasitələri ilə evlərində təmin edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, əlilliyi olan 15 nəfərə mühərrikli təkərli oturacaq, ortopedik ayaqqabı, əsa, dördayaqlı dayaq vasitəsi və s. olmaqla ümumilikdə 32 reabilitasiya vasitəsi təqdim edilib.
Qeyd edək ki, bu il müxtəlif regionlar üzrə 300 nəfərə yaxın əlilliyi olan şəxsə 1500-ə qədər reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq verilib.