Azərbaycan Güləş Federasiyası Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına gimnaziyaya media tur təşkil edib. SİA xəbər verir ki, ilk olaraq jurnalistər sərbəst güləşçilərin məşqinə baxıblar.
Ardınca qonaqlar gimnaziyanın yataqxana və yeməkxanasında yaradılan şəraitlə tanış olublar. Daha sonra yunan-Roma güləşçilərinin hazırlıq prosesi yaxından izlənilib.
Təhsil ocağının rəhbəri Tural Mirzəliyev gimnaziyada Respublikanın müxtəlif bölgələrindən ümumilikdə 813 şagird təhsil aldığını, onlardan 77-sinin güləşin sirlərini öyrəndiyini bildirib.
Gimnaziyada 195 yerlik yataqxananın olduğu diqqətə çatdırılıb.
Üç mərtəbədən ibarət binada idmançıların və akademiya üzvlərinin istirahəti üçün oyun zalları onların ixtiyarına verilib.