Media Təhlil Mərkəzi (MTM) Mərkəzi Bankın cari ilin avqust ayının sonu ilə bağlı açıqladığı göstəricilər əsasında apardığı təhlilə görə, ölkədə istifadədə olan ödəniş kartlarının sayı 18,5 milyonu ötüb. MTM-dən SİA-ya bildirilib ki, son bir ildə ölkədə ödəniş kartlarının sayı 18,5 faiz və ya 2,9 milyon ədəd artıb.
Xatırladaq ki, 2023-cü ilin sonunda ölkədə istifadədə olan ödəniş kartlarının sayı 16,9 milyon təşkil edirdi və bu, 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 24,2 faiz və ya 3,29 milyon ədəd çox idi. Məlumatda qeyd edilib ki, 2020-ci ilin yekununda Azərbaycanda istifadədə olan kartların sayı 9,6 milyon idi və hazırki rəqəmlərlə müqayisədə 2 dəfəyə yaxın azlıq təşkil edirdi.